Səudiyyə Ərəbistanı və İran nazirlərinin bəyanatı neft bazarını vurdu
Fevral 24
14:59
2016
Səudiyyə Ərəbistanının neft naziri Əlin əl-Naimi bəyanatından sonra "Brent” markalı neftin bir barelinin qiyməti 33 dollardan aşağı düşüb.
Avropa.info xəbər verir ki, nazir daha əvvəl Rusiya və bir sıra OPEK ölkələri ilə neftin dondurulması ilə bağlı əldə olunmuş razılaşma heç də istehsalın azalması mənasına gəlmir.
"Dondurma – prosesin başlanğıcıdır.
Biz əlavə barelin artırılmaması ilə bağlı əsas neft istehsalçıları ilə razılaşa bilərik. Bu halda neft bazarındakı böyük yanacaq ehtiyatları zamanla məhdudlaşacaq. Bu istehsalın azaldılması mənasına gəlmir. Belə şey olmayacaq” – deyə bildirib.
Nazir qeyd edib ki, Səudiyyə Ərəbistanı bir barelin qiyməti 20 dollar olacağı təqdirdə belə neftdən gəlir götürə biləcək. Ona görə zəif təsir gücünə malik neft istehsalçıları bazardan getməlidirlər.
Neft hasilatının azaldılması versiyasının İranın Neft naziri Bican Zanqane də istisna edib. İndiki şərtlərdə o, bu ideyanı gülməli adlandırıb.
Qeyd edək ki, "Brent” markalı neft London birjasında bu gün 6% azalaraq bir barel üçün 32,79 dollar olub. WTI markalı neft isə 7% dəyər itirərək 31 dollara satılıb.
Qlobal.az



