Səudiyyə Ərəbistanı Suriyaya qoşun göndərmək qərarı verdi
Fevral 11
21:34
2016
Səudiyyə Ərəbistanı Suriyaya silahlılarla mübarizə üçün qoşun göndərmək barədə yekun qərar qəbul edib.
Musavat.com xəbər verir ki, məlumatı "Al Arabiya” yayıb.
Briqada generalı Əhməd əl-Əssiri bildirib ki, Ər-Riyada ABŞ-ın rəhbərliyi ilə koalisiya çərçivəsində İŞİD-lə döyüşə qoşulmaq niyyətindədir.
Qeyd edək ki, Səudiyyə Ərəbistanının Suriyaya xüsusi təyinatlılarını göndərməyi planlaşdırırdı.



