"Səudiyyə Ərəbistanı nadir ölkələrdəndir ki, Ermənistanla heç bir diplomatik əlaqə qurmayıb" - Azərbaycan Prezidenti
May 09
18:17
2022
"Azərbaycanda Səudiyyə Ərəbistanı Krallığına xüsusi rəğbətlə yanaşılır. Çünki Səudiyyə Ərəbistanı Krallığı dünyanın nadir ölkələrindəndir ki, Ermənistanla heç bir diplomatik əlaqə qurmayıb. Bunun səbəbi isə torpaqlarımızın işğal altında olması idi".
"Report" xəbər verir ki, bunu Prezident İlham Əliyev mayın 9-da Səudiyyə Ərəbistanı Krallığının Baş prokuroru Şeyx Səud bin Abdullah Əl Müacibin başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən deyib.



