SON XƏBƏR

Səudiyyə Ərəbistanı: Hasilatı azaltmayacağıq

Fevral 24
12:00 2016
ABŞ-ın Hyuston şəhərində keçirilmiş IHS CERAWEEK 2016 Enerji Konfransında Səudiyyə Ərəbistanının neft naziri Əli Əl Nəimi, Səudiyyə Ərəbistanının ötən həftə Venesuela, Qətər və Rusiyaya ilə razılaşdığı neft hasilatlarını yanvar ayı səviyyələrində saxlamaq (dondurmaq) qərarının bazara ümid verdiyini bildirib.
 
Ancaq, neft istehsalçısı ölkələr arasında etimadın az olduğuna diqqəti çəkən Nəimi, "İstehsalın azaldılmasını müzakirə etməklə vaxt itirməyə ehtiyac yoxdur. İstehsalı azaltmayacağıq” deyib.
 
Nəimi, neft qiymətlərinin 100 dolların üzərində olduğu illərdə ABŞ-da şist nefti hasilatının artım göstərdiyini qeyd edərək, bu vəziyyətin keçmişdə qaldığını, səmərəsiz olmayan istehsalçıların bazardan çıxması lazım olduğunu ifadə edib.
 
Səudiyyə Ərəbistanının, ABŞ-ın şist neft istehsalçılarına və ya digər ölkələrə qiymət müharibəsi açmadığını bildirən Nəimi, "Rəqabətin yüksək olduğu neft bazarında ən yaxşı nəticəni almağa çalışırıq” deyib. Nəimi, qlobal neft tələbinin artaraq bazarın tarazlıq tapacağına və qiymətlərin təkrar yüksələcəyinə inandığını bildirərək, istehsalı yanvar ayı səviyyələrində saxlamaq qərarına yeni neft istehsalçılarının qoşulacağına ümid etdiyini deyib.
 
Aşağı neft qiymətlərinə baxmayaraq, Səudiyyə Ərəbistanının neft şirkəti Aramco-nun investisiyalarında "xəsislik” etmədiyini dilə gətirən Nəimi, ölkənin neft hasilatının maksimum həcmdə olması üçün xərclərin davam etdiyini sözlərinə əlavə edib.
 
(marja)



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook