Səudiyyə “Ərəb NATO-su” yolunda ilk addımı atdı
Aprel 10
13:06
2019
Səudiyyə Ərəbistanı Vaşinqtonun istəyi ilə "Ərəb NATO-su”nun yaradılması istiqamətində ilk addımları atmağa başlayıb.
Ər-Riyaddakı iclasda ABŞ, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Bəhreyn, Küveyt, Oman, İordaniya və Qətərin yüksək səviyyəli rəsmilərinin iştirak etdiyi bildirilir. Lakin onların adları və vəzifələri məxfi saxlanılıb.
Qeyd olunub ki, iclas regionda və dünyada sabitlik və təhlükəsizliyin gücləndirilməsini hədəfləyən paktın yaradılması istiqamətində atılan addımdır.