Sətəlcəm diaqnozu ilə xəstəxanaya yerləşdirilən direktor vəfat etdi
İyun 12
15:46
2020
Laçın rayon 10 nömrəli tam orta məktəbin direktoru Gülşən Tağıyeva vəfat edib.
Qlobal.az "Report”a istinadla xəbər verir ki, o, 47 yaşında dünyasını dəyişib.
Sətəlcəm diaqnozu ilə xəstəxanaya yerləşdirilən direktorun həyatını xilas etmək mümkün olmayıb.
Mərhum Sulutəpə qəbiristanlığında dəfn olunacaq.
Qeyd edək ki, Tağıyeva Gülşən Saday qızı 1973-cü ildə Laçın rayonunun Daşlı kəndində anadan olub. 2004-cü ildən Laçın rayon 10 nömrəli tam orta məktəbin direktoru vəzifəsində işləyirdi.
Mərhumun 4 övladı var.



