“Səs yazısının mətbuatda yayılması şantaj xarakteri daşıyır” - AUDİO
Mart 15
14:47
2016
Dələduzluq maddəsi ilə cinayət işi açılan və müğənni Samir Piriyevin 80 min dollarını mənimsəməkdə ittiham olunan Kamran Həsənli ilə müğənni arasında pul qalmaqalı davam edir. Bu gün mətbuatda müğənni ilə teleaparıcının səsyazısı yayılıb.
Məsələ ilə bağlı Musavat.com saytına açıqlama verən Samir Piriyevin vəkili Ruslan Əhmədoğlu bildirib ki, müğənni səs yazısını polis orqanlarına da təqdim edib:
"Kamran Həsənli Türkiyədən gələn sənədləri polisə verib. Samir Piriyev isə dünən istintaqa Kamran Həsənli ilə səs yazısını təqdim edib. Həsənli ilə söhbətdən hər şey açıq-aydın məlum olub. Samir pulu nə zaman qaytaracağını soruşur. Kamran isə bildirir ki, evini, obyektini satıb pulu qaytaracaq.
Kamran zərərçəkən tərəfdirsə, Samir üçün niyə evini satır? Türkiyə məsələsi absurd məsələdir. Qanunvericilikdə qayda var ki, tərəf olaraq göstərilən şəxslə üzləşdirmə aparılır. Məsələni uzatmaq üçün Kamran sənəd söhbətini ortaya çıxarıb. İstintaq prosesi Samirin ürəyincə deyil, ona görə bir neçə rəsmi qurumlara müraciət edəcək.
Biz Kamran Həsənlidən Samirin verdiyi vəsaiti istəyirik, onun həbs olunmasını istəmirik. İstəsəydik, çoxdan sanksiya tələb edərdik. Kamran Həsənli "115 min dolların 15 və 20 minini qaytarmışıq” deməklə, pul söhbətinin doğru olduğunu təsdiqləyir. Samir birinci dəfə gördüyü adama 115 min verməz. Ortada türk söhbəti olmayıb. Kamran Həsənlinin Türkiyədə yaşayan bacısı zamin olaraq göstərilib. Kamran bacısı Gülər Həsənlinin zamin olduğunu dediyi üçün Samir o qədər pulu ona verib. Bu gün Axşam.az saytına səs yazısını təqdim etmişik”.
Səs yazısının yayılmasına münasibət bildirən Kamran Həsənli isə bu addımın şantaj xarakter daşıdığını bildirib:
"Səs yazısının yayılmasından xəbərsizəm. Bu addımı doğru hesab etmirəm. O, səs yazısını istintaqa verməlidir. Mətbuatda yayaılması şantaj xarakter daşıyır. Samirə dəfələrlə deyilib ki, Türkiyədə biznesə qoyulan pul obyekt satılanda qaytarılacaq. Mən də oradan pul götürməliyəm”.
musavat.com