SON XƏBƏR

Şərur rayon Yol Təmir Tikintisi İdarəsində şübhəli satınalma: Müqavilə 650 mindən 120 minə endirildi

Dekabr 25
12:25 2023
Şərur rayon Yol Təmir Tikintisi İdarəsi 2023-cü ilin noyabr ayının 29-da 650.000 manatlıq tenderə yekun vurub. 
 
İdarənin "Özü boşaldan yük maşını" lotu üzrə sifarişçi olduğu satınalmanın məbləği 300.000 manat, qalibi isə fiziki şəxs İsmayılov Əli Çölü oğludur. 
 
Şərur rayon Yol Təmir Tikintisi İdarəsinin 2023-cü ilin noyabr ayının 29-da yekunlaşdırdığı növbəti satınalmanın məbləği isə 200.000 manat təşkil edib. "Yükləyici mexanizmin icarəsi" lotu üzrə keçirilən bu satınalmada fiziki şəxs Mirzəyev Bəhlül Hüseynalı oğlu olub. 
 

 
İdarənin növbəti satınalmasında da fiziki şəxs qalib elan edilib. 
 

 
"Ekskvator icarəsi" lotu üzrə keçirilən satınalmanın məbləği 150.000 manat, qalibi isə Talıbov Səfər Əyyub oğlu olub. 
 

 
Şərur rayon Yol Təmir Tikintisi İdarəsinin 2023-cü ilin noyabr ayının 29-da yekunlaşdırdığı satınalmada əsas şübhəli məqamlar icarə üzrə göstərilən satınalma müqavilələrinin smetasının real bazar qiymətləri ilə müqayisədə fantastik olması ilə yanaşı, digər parametrlərin gizli saxlanılmasıdır. Şərur rayon Yol Təmir Tikintisi İdarəsi keçirdiyi hər üç satınalmada icarəyə götürülən texnikaların marka və modelləri, həmçinin digər göstəriciləri qeyd edilməyib. Eyni zamanda İdarə 650.000 manata icarəyə götürdüyü texnikaların müqavilə müddətini də açıqlamır. 
 
Şərur rayon Yol Təmir Tikintisi İdarəsi məlumat satınalmalar portalına yerləşdirildikdən sonra müqaviləyə düzəlişlər edib. Belə ki, İdarə hər üç lot üzrə satınalmanın smetasını 40.000 manata endirib. 
 
Qlobal.az məsələ ilə bağlı "Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi”ndən mövqe öyrənib. "Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi”nin açıqlamasında deyilir:  "Şərur rayon Yol Təmir Tikintisi İdarəsi 2023-cü ilin noyabr ayının 29-da keçirdiyi satənalmanın müddəti 6 ay 9 gündür. "Özü boşaldan yük maşını" üçün KAMAZ 65115 YÜK, HOWO YÜK  maşını, BMC YÜK maşını, MERCEDES BENZ YÜK maşını və SHACMAN YÜK maşınları, Yükləyici mexanizmlər üçün CAT 432 və HİDROMEK, Ekskvatorlar CAT-325 DL, DOSAN və CAT EPILALAR olmuşdur".
 
Qeyd edək ki, "Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi” publik hüquqi şəxsin İdarə Heyətinin sədri Bəhruz Əsgərovdur. 
 
O, cari ilin noyabr ayının 27-də bu vəzifəyə təyin edilib. 
 
Cahandar Laçınlı
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook