“Şərur” MTK-nin rəhbəri Türkiyəyə 5 milyon dollar yardım edib? – AÇIQLAMA
Fevral 09
16:11
2023
Sosial şəbəkələrdə özlərini "Şərur” MTK-nin rəhbəri İsfəndiyar Axundovun yaxın qohumları adlandıran şəxslər iş adamının Türkiyədə baş verən zəlzələdə zərər çəkənlərə 5 milyon dollar yardım göndərməsi barədə məlumatlar yayıb.
"Şərur” MTK- nın Mətbuat xidmətinin rəhbəri Tünzalə İsmayılova Avropa.info-ya eksklüziv açıqlamasında bildirdi ki, Türkiyədə baş verən zəlzələdə zərər çəkənlərə yardım edilib, lakin sosial şəbəkələrdə yayılan məlumatlarda bu məbləğ şişirdilib.
"Bildiyimiz kimi, Qardaş Türkiyəyədə baş vermiş faciənin nəticələrinin aradan qaldırılması ilə əlaqədar Azərbaycandan Türkiyəyə genişmiqyaslı yardım, "Qardaş Köməyi” Platforması yaradılıb. Təbii ki, İsfəndiyar Axundov da qardaş köməyini əsirgəmədi. Tanımadığımız şəxslər özlərini İ.Axundovun yaxın qohum adlandıraraq sosial şəbəkələrdə güya beş milyon dollar yardım etdiyimizi yayımlayır. Bəli, yardım etmişik, ancaq məbləğ şişirdilib”, -deyə o bildirib.
Qlobal.az