SON XƏBƏR

"Sertifikasiyada 11 min müəllimdən 2800-ü imtahandan keçmədi" - Deputat

İyun 06
13:41 2023
"Ötən il sertifikasiyada 11 min müəllimdən 2800-ü imtahandan keçmədi. İmtahandan keçənlərdən isə 50 +1 bal toplayanları çox az idi”.

APA xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında "Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin ikinci oxunuşda müzakirəsi zamanı deputat Etibar Əliyev deyib.

Deputat bildirib ki, dövlət büdcədən pilot proqramların həyata keçirilməsinə vəsait ayrılır: "Amma bunun nəticəsi barədə məlumat olmur. Pilot dövlət proqramlarının çoxu təhsil sahəsinə aiddir. Digər tərəfdən, hər bir xalqın milli ensiklopediyası həmin xalqın sərvətidir. Büdcədən Milli Ensiklopediyaya ayrılan pula qənaət edilib, amma satışda Milli Ensiklopediya yoxdur”.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook