Sərkisyan cəbhəyə gəldi
Yanvar 01
09:27
2016
Ermənistan prezidenti Serj Sərkisyan Yeni il ərəfəsində Azərbaycanla təmas xəttinə baş çəkib.
Virtualaz.org saytı xəbər verir ki, bu barədə Ermənistan prezidentinin mətbuat xidməti məlumat yayıb.
İnformasiyaya görə, Sərkisyanə cəbhə xəttinə səfərində müdafiə naziri Seyran Ohanyan müşayiət edib.
Sərkisyan Azərbaycanın Qazax rayonu ilə həmsərhəd bölgədə yerləşən İcevan rayonunda erməni hərbçiləri ilə görüşüb.



