SON XƏBƏR

Sərdar Kılıç Türkiyə-Ermənistan sərhədində olub

İyul 25
11:46 2022
Türkiyənin Ermənistanla danışıqlarda xüsusi nümayəndəsi Serdar Kılıç Qarsın Akyak bölgəsində - Türkiyə-Ermənistan sərhədində olub.

"Report” xəbər verir ki, bu barədə erməni teleqram kanalları məlumat yayıb.

Səfərin məqsədi və təfərrüatı açıqlanmayıb.

Xatırladaq ki, daha əvvəl Akyak rayonunun İbiş kəndi yaxınlığında 20 gündür minatəmizləmə işlərinin aparıldığı barədə məlumat yayılmışdı.




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook