SON XƏBƏR

Serbiyada karantin tədbirlərinə qarşı etiraz aksiyası - Komendant saatı tətbiq edildi

İyul 08
07:46 2020
Serbiyada koronavirus epidemiyası ilə mübarizə üçün bu həftə tətbiq ediləcək məhdudlaşdırıcı tədbirlərə etiraz olaraq aksiyalar keçirilir.

"Report” RİA "Novosti” xəbər verir ki, aksiya iştirakçıları polis kordonlarına hücum edib və ölkə parlamentinin binasına girməyə çalışıb.

Buna cavab olaraq polis etirazçılara qarşı gözyaşardıcı qazdan və digər xüsusi vasitələrdən istifadə edib.

Daxili İşlər Nazirliyinin məlumatına görə, parlament binasının qarşısında 5 minə yaxın insan toplaşıb.

Qeyd edək ki, koronavirusun yayılmasının qarşısını almaq məqsədi ilə ölkədə komendant saatı tətbiq ediləcək.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook