SON XƏBƏR

Serbiya Silahlı Qüvvələrinin döyüş hazırlığı vəziyyətinə gətirildiyini elan edib

Dekabr 27
10:06 2022
"Serbiya Silahlı Qüvvələri Ali Baş Komandan, Prezident Aleksandar Vuçiçin əmri ilə döyüş hazırlığı vəziyyətinə gətirilib".

"Report" xəbər verir ki, bunu Serbiyanın Baş nazirinin müavini, müdafiə naziri Miloş Vuçeviç bildirib.

"Serbiyanın Prezidenti Ali Baş Komandan kimi Serbiya ordusunun ən yüksək döyüş hazırlığına gətirilməsinə dair göstəriş verib”, - nazir bildirib.

Eyni zamanda Serbiyanın daxili işlər naziri Bratislav Qaşiç Daxili İşlər Nazirliyinin qüvvələrinin tam döyüş hazırlığına gətirildiyini açıqlayıb.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook