Serbiya Azərbaycandan təbii qaz almaq niyyətindədir
Avqust 30
08:41
2022
Serbiya 2023-cü ildə Azərbaycandan təbii qaz almağı planlaşdırır. "Report" "Reuters"ə istinadən xəbər verir ki, bunu Serbiya Prezidenti Aleksandar Vuçiç deyib.
Vuçiç vurğulayıb ki, ölkənin maliyyəsi gələcək aylarda gözlənilən tədarük çatışmazlığı ilə mübarizə aparmaq üçün Rusiyanın enerji mənbələrinə alternativ təmin edəcək qədər güclüdür.
Vuçiç bildirib ki, Serbiya yanacaq mənbələri axtarıb.
"İraq (nefti-red) alacağıq... Venesuela ilə də danışmağa çalışacağam. İstənilən yerdən (neft-red) alacağıq ", - Vuçiç deyib.



