SON XƏBƏR

Serb müğənni Azərbaycan dilində "Sarı gəlin" oxudu - video

Dekabr 09
15:02 2015
Rusiyalı fotoqraf İlmarın Serbiyanın paytaxtı Belqrad şəhərində baş tutan "Belqrad simaları" adlı sərgisinin açılış mərasimində Azərbaycanın milli mahnısı olan "Sarı gəlin" səsləndirilib.
 
Qlobalinfo.az Report-a istinadən xəbər verir ki, "Sarı gəlin"i NIT qrupunun xanım müğənnisi İvana Muncu Azərbaycan dilində oxuyub. Açılış mərasimində "Sarı gəlin"lə yanaşı, serb və rus dillərində xalq mahnıları ifa olunub.
 
Qeyd edək ki, sərgidə müxtəlif yaş, peşə və millətlərin nümayəndələrinin şəkilləri nümayiş olunub. Bununla Belqrad ahəngdarlığının harmonik mozaikası yaradılıb. Serbiya paytaxtında yaşayan azərbaycanlı Nərgiz Məmmədovanın da iştirak etdiyi sərgidə, həmvətənimiz tədbir iştirakçılarına Azərbaycan haqqında məlumat verib və serb oxuculara Azərbaycan milli mətbəxi haqqında kitab təqdim edib.
 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook