SON XƏBƏR

Separatçılar çətin vəziyyətdə - “Banklar bizə pul vermir”

Sentyabr 29
16:56 2021
Qarabağdakı separatçıların nümayəndələrindən biri Aartak Bəyləryan "Armenia Today”a verdiyi açıqlamasında hazırda rus sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazilərdə nə qədər erməninin yaşadığı, hal-hazırda üzləşdikləri problemlər barədə danışıb. 

Qaynarinfo xəbər verir ki, Bəyləryan Qarabağda hazırda 120 min erməninin yaşadığını, 40 min erməninin isə qaçqın düşyünü, onun da 15 minə yaxınının Xankəndində yerləşdiyini, yerdə qalanının isə Ermənistanda məskunlaşdığını iddia edib. Separatçıların nümayəndəsi yalanını belə əsaslandırmağa çalışıb ki, guya həmin "qaçqın”lar da geri qayıtmaq istəyir, lakin onları yerləşdirmək üçün yetərli qədər mənzil yoxdur.

Onun sözlərinə görə, Qarabağda mənzil problemi 3 il ərazində həllini tapacaq və bunun ardından erməni əhalisinin say artımı ilə bağlı proqramın icrasına başlayacaqlar. Yəni, demoqrafik vəziyyəyi düzəltmək istəyəcəklər.

O, hazırda əsas problemlərinin maliyyə olduğunu deyib. Bildirib ki, nə banklar, nə də kredit təşkilatları Qarabağa kredit ayırmırlar və bunu riskli hesab edirlər: "Bizim iqtisadiyyatımızı düzəltmək üçün əlavə maliyyəyə ehtiyacımız var. Bu maliyyəni də əsasən banklardan əldə etmək mümkündür. Lakin banklar faktiki olaraq, Qarabağa və Qarabağda yaşayanlara kredit verməkdən imtina edir və bu prosesi dayandırıb. Səbəb kimi də bunun riskli olduğunu bildirirlər”.

Bəyləryan Qarabağda çoxlu sayda "iş yerləri”nin olduğunu da deyib. Lakin onlara əmək haqqı verilməsində problemlərinin olduğunu bildirib: "Hazırda Qarabağda vakant yerlər çoxdur. Əlavə işçi qüvvəsinə ehtiyacımız var. Lakin əsas problemimiz onlara vaxtında əmək haqlarının verilməsidir. Biz bəzən maaşların ödənilməsində çətinlik çəkirik”.

Separatçıların nümayəndəsi ermənilərin Qarabağa qayıtması üçün şirnikləndirici vədlər verməkdən də çəkinməyib. O, Ermənistanla danışıqlar apardıqlarını və yaxın vaxtlarda "sosial proqram”lar həyata keçirəcəklərini vurğulayıb: "Yeni proqrama əsasən Qarabağda "qaçqın” statusu almış şəxslərə 50 min dram (100 dollar) müavinət ödəmək fikrindəyik. Bununla Ermənistanda məskunlaşmış qarabağlıları geri qaytarmağı düşünürük”.

Qeyd edək ki, Qarabağda 120 min erməninin yaşaması ilə bağlı deyilənlər yalandan başqa bir şey deyil və şişirdilmiş rəqəmdir. Bəyləryan da ənənəvi olaraq erməni yalanı danışır. Faktiki olaraq, Qarabağ ərazisində 20-25 min erməninin yaşadığı dəqiqdir. Onların bir çoxu aradan çıxmaq üçün fürsət axtarır.

Amma o həqiqətdir ki, heç bir bank Qarabağa sərmayə qoymaq fikrində deyil. Çünki heç bir bank perspektivi olmayan bir əraziyə və riskli bölgəyə, xüsusən də separatçıların tezliklə qovulacağı ərazilərə sərmayə yatırmaz.

"İş yerləri” və "əmək haqqı” məsələsinə, qeyd edək ki, Qarabağda çoxsaylı iş yerlərinin olması məsələsi də şirnikləndirici vədlərdir. Əgər belə olsaydı, oradakı ermənilər Azərbaycan tərəfinə iş üçün müraciət etməzdilər.

Maaş məsələsinə gəldikdə isə bu hələ başlanğıcdır. Bir müddətdən sonra vəziyyət daha da gərginləcək.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook