Separatçı rejim Qarabağda referendum keçirmək istəyir
İyun 22
17:11
2021
Qarabağdakı erməni separatçılarının rəhbəri Arayik Arutyunyan referendum keçirmək qərarı verib.
HİT.az erməni mediasına istinadən xəbər verir ki, "Qarabağa etimad referendumu” adını daşıyacaq səsvermə ilə bağlı xəbəri Arutyunyan bu gün Xankəndidə təyin etdiyi mitinqdə açıqlayacaq.
Erməni mediası yazır ki, o, Nikol Paşinyanın Ermənistanda son qələbəsindən sonra həvəslənərək, özünün Qarabağdakı "hakimiyyətinin” legitim olmasını sübut etməyə çalışır.



