Separatçı liderdən sonra mer də qaçdı
Mart 09
10:12
2018
Qondarma Dnestryanı respublikasının Kamenka şəhərinin keçmiş meri Pyotr Mustya gözlənilmədən separatçı rejimin ərazisindən qaçıb.
Axar.az xəbər verir ki, bu barədə informasiyanı Moldova mətbuatı yayıb. Mustya yoxa çıxdıqdan bir müddət sonra Moldovada peyda olub. Dnestryanı xüsusi xidmət orqanlarının merin fəaliyyəti ilə maraqlanması səbəbindən merin qaçdığı iddia edilir.
Qeyd edək ki, bundan öncə Dnestryanıdan Moldovaya separatçı rejimin keçmiş lideri Yevgeni Şevçuk qaçıb. Şevçuk maliyyə fırıldaqlarının ortaya çıxmaması üçün qondarma rejimi tərk edərək, Moldova xüsusi xidmət orqanlarına tabe olub.