SEPAH Müctəba Xameneiyə sədaqət andı içdiyini açıqlayıb
Mart 09
02:15
2026
İran İnqilab Keşikçiləri Korpusu (SEPAH) yeni Ali Rəhbər Seyid Müctəba Xameneiyə sədaqət andı içib.
APA İranın "Tasnim” xəbər agentliyinə istinadən xəbər verir ki, bu barədə SEPAH-ın yaydığı bəyanatda deyilir.
"Müctəba Xameneinin seçilməsi İslam Respublikasında yeni bir şəfəq və yeni bir dövrün başlanğıcını göstərir. Ekspertlər Şurası tərəfindən seçilən şəxsə hörmətimizi, sədaqətimizi və itaətkarlığımızı bəyan edirik”, - bəyanatda deyilir.



