Sensasiya: Bir qrup işçisindən rəisinə şok ittihamlar - "İşə piyan gəlir, bizi təhqir edir"
Dekabr 24
12:42
2015
Cəlilabad rayon Telekominikasiya Qovşağının kollektivi rəis Zaur Məmməddovun qanunsuz əməllərindən boğaza yigilib
"Cəlilabad rayon TKQ-da neçə illərdir ki, idarənin rəisi Zaur Məmmədovun cinayətkar əməlləri davam edir. Rəis idarənin 500.000 manata qədər vəsaitini qanunsuz yollarla mənimsəmişdir.
Belə ki, idarənin DSMF-yə,Vergilər idarəsinə, rayon Təhsil şöbəsinə, Maliyyə idarəsinə, Mərkəzi xəstəxanasına və digər təşkilatlara köçürməli olduğu halda, yüksək məbləğdə pullar mənimsəyib. İdarənin bank hesabı çoxdan bağlandğından işçilərə verilən rüblük mukafatlar, müalicə xərcləri və 13-cü əməkhaqları mənimsənilir. İşçilər üç aydan bir əmək haqqı verilir. İdarənin 50-yə yaxın gizli işçiləri var. Son bir ayda 10 nəfərdən çox işçi isə qəbul olunub. Bundan başqa Z.Məmmədovun biznes şəbəkəsi var. Rayonda "İran bazarı" deyilən ticarət mərkəzində obyektleri, mobil telefon satışı dukanı və Bakı şəhərində şadlıq sarayı var. Bu qədər biznes şəbəkəsinin olmağı, bizdə çoxlu şübhələr yaradır ki, adi idarə rəisi bu qədər obyektləri necə əldə etmişdir? Bundan başqa yuxarıda adıçəkilən təşkilatlara saxta sənədlər tərtib etməklə, idarənin vəsaitlərini köçürməklə mənimsəlinərək götürülür. Bu yaxılarda mənim rayon rəhbərliynə, Aztelekom istehsalat birliyinə şikayətim əsasında yaşadığım Əcara kəndinə yeni kabel xetti çəkməli, "podstsnsiya" tikməli idi. Amma, təəssüf ki, Zaur müəllim bunların heç birisini yerinə yetimir. Zaur Məmmədovun qanunsuz əmelləri bununla bitmir. Belə ki, idarədə 2 əməkhaqqı "vedmostu” var ki, bulardan birinə yaxın işçileri qol çəkib götürür, digəri isə karta buraxılır. İdarənin toplanan pulları inkasator vasitəsi ilə banka göndərməli halda qeyri-qanuni kassir ştatı fəaliyyət göstərir. Z.Memmedov işə çox vaxt "piyan"gəlir, işçiləri təhqir edir. Qəbula gələn vətəndaşları mühafizəçisinin köməyilə idarədən qovdurur” - bu sensasiyalı açıqlamanı adının çəkilməsini istəməyən əməkdaş Cəlilalabadlı fəal Ramil Sadıqlıya bildirib.
Demokratiya.info