Səngəçalda qaz kəməri yenidən partladı- Video
Yanvar 10
22:56
2017
Səngəçal qəsəbəsində ötən ay partlayış baş vermiş qaz kəmərinin yaxınlığında yenidən partlayış olduğu bildirilir.
Musavat.com xəbər verir ki, bu barədə Neftçilərin Hüquqlarını Müdafiəsi Təşkilatının rəhbəri Mirvati Qəhrəmanlı məlumat yayıb.
O, öz feysbuq səhifəsində həmin ərazidə növbəti partlayışın baş verdiyini yazıb.
Qeyd edək ki, 2016-cı il, dekabrın 27-də saat 10 radələrində Qaz Emalı Zavodundan Səngəçal Baş Qurğularına gedən, diametri 1000 mm-lik magistral qaz kəmərində partlayış və yanğın baş vermişdi. Növbəti partlayış isə yanvarın 2-də qeydə alınmışdı.
Səngəçalda baş verən partlayışdan sonra yaranan yanğın davam edir.
Neftçilərin Hüquqlarının Müdafiəsi Komitəsinin rəhbəri Mirvari Qəhrəmanlı əlavə olaraq öz feysbuq səhifəsində yazıb ki, saat 20:40-da baş verən partlayışdan sonra yaranan yanğın hələ də davam edir.
Hadisə yerinə FHN-nin canlı qüvvəsi və texnikası cəlb olunub. Əraziyə giriş-çıxış məhdudlaşdırılıb.