SON XƏBƏR

Sənət dostları İlhamə Quiyevanın ziyarət ediblər

Noyabr 19
11:36 2015
Xalq artisti İlhamə Quliyeva səhhətində yaranan problemlə əlaqədar bir müddətdir xəstəxanadadır.
 
Qlobalinfo.az Axşam.az-a istinadən məlumat verir ki, sənət dostları xalq artistini ziyarət ediblər. Xəstəxanada çəkilmiş fotonu sosial şəbəkədə müğənni Könül Kərimova paylaşıb. İfaçı fotoya "Bu gün dəyərli sənətkarımızı ziyarət etdik. Allah köməyində olsun” sözlərini yazıb.
 
Qeyd edək ki, İ.Quliyeva daha əvvəlki açıqlamasında keçmiş köməkçisi Mehriban Bəylərqızının ona sui-qəsd etdiyini bildirib: "Xəstəxanaya gələndə çox ağır vəziyyətdə idim. Həkimlər mənə qulluq etdi, ayağa qaldırdı. Əsəblərim və şəkərim yoxlanılır. Qan təzyiqimi tənzimləyiblər. Əsəbdən, stresdən bu hala düşdüm. Son vaxtlar yaşadıqlarım mənə pis təsir etdi. Şərəfsiz insanların törətdiyi hadisələrin fəsadlarını yaşayıram. Keçmiş köməkçim Mehriban Bəylərqızı məni bu hala qoydu. Bir mürəbbə bişirib, soyuducuya qoymuşdu. Mən də bilmədən götürüb çay içdim. Ondan sonra bədənimdə səpkilər əmələ gəlməyə başladı. Mürəbbəyə nəsə qatmışdı. Qanımdan analiz götürüblər. Mürəbbəni də vermişik ki, tərkibi araşdırılsın, içinə nə qatıldığını öyrənək”.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook