Senator Putinin sərvətindən danışdı
Fevral 02
10:08
2016
Aparıcı ABŞ senatoru deyir ki, Rusiya prezidenti Vladimir Putin-in sərvəti barədə açıqlamalar onun idarəçiliyində "sabitsizlik” yarada bilər, belə ki, Rusiya əhalisi bu haqda getdikcə daha çox bilgi əldə edir.
Senator, Senatın Xarici əlaqələr komitəsinin respublikaçı sədri Bob Corker fevralın 1-də "Amerikanın Səsi”nə danışıb. "Rusiya xalqı anlamağa başlayır ki, onların lideri nəhəng sərvət toplayıb”, - Corker deyib. O, Putin-in "milyardlarla dollar şəxsi sərvət” topladığını söyləyib.
"Bunu normal hökumət əməliyyatları ilə etmək mümkünsüzdür. Bunu ancaq korrupsiya yoluyla etmək mümkündür”, - Senator sözlərinə əlavə edib.
ABŞ Maliyyə Nazirliyinin rəsmisi ötən həftə BBC-yə bildirib ki, Putin "korrupsiyanın şəklidir”. Ağ Ev də həmin fikirlərin Obama administrasiyasının Putinlə bağlı baxışlarını əks etdirdiyini söyləyib.
Qlobal.az



