Senata Navalnı ilə bağlı sanksiyalar haqqında qanun layihəsi təqdim ediləcək
Fevral 03
04:15
2021
ABŞ-da respublikaçı senator Mitt Romni Rusiyada Aleksey Navalnının həbsinə məsul olan şəxslərə qarşı sanksiya tətbiq edilməsinə dair qanun layihəsi təqdim edəcək.
Qeyd edək ki, Moskvanın Simonovskiy məhkəməsi Rusiya Federal Penitensiar Xidmətinin (FPX) müraciəti əsasında Aleksey Navalnı barəsində qəbul edilən şərti cəzanı azadlıqdan məhrum etmə cəzası ilə dəyişdirib və onu 3,5 il müddətinə azadlıqdan məhrum edib.
"Report”un məlumatına görə, bu barədə senator özünün tvitter səhifəsində yazıb.
Onun sözlərinə görə, qanun layihəsi bu həftə Senata daxil olacaq.