SON XƏBƏR

Senat Trampın iki nazirini təsdiqlədi

Fevral 14
12:30 2017
ABŞ Senatı daha iki nazirlə bağlı qərar verib. Novator.az-ın məlumatına görə, Senatın 13 fevral iclasında prezident Donald Trampın təqdimatlarına baxılıb və Stiven Mnuçin maliyyə naziri, Devid Şulkin veteranlarla iş naziri postuna təsdiqlənib.
 
Stiven Mnuçinin namizədliyinin lehinə 53, əleyhinə 47 senator səs verib. Devid Şulkin isə Senatdan yekdilliklə keçib.
 
ABŞ-ın yeni prezidenti Donald Tramp yanvarın 20-də səlahiyyətlərinin icrasına başlayıb. Senat indiyədək onun komandasının bu üzvlərini də təsdiqləyib: Rayns Pribus – Ağ ev aparatının başçısı, Reks Tillerson – dövlət katibi (xarici işlər naziri), Ceyms Mettis – müdafiə naziri, Con Kelli – daxili təhlükəsizlik naziri, Ceff Seşns – ədliyyə naziri (baş prokuror), Betsi Devos – təhsil naziri, Eleyn Lan Çao – nəqliyyat naziri, Nikki Heyli – ABŞ-ın BMT-dəki daimi nümayəndəsi, Tomas Prays – səhiyyə və sosial xidmətlər naziri.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook