Şəmkirin bu kəndi niyə boşalır? (Video)
Noyabr 02
09:47
2022
Şəmkir rayonunun Ələsgərli kəndi boşalmaqdadır. Sakinlər deyir ki, kənddə yaşamağa şərait olmadığı üçün əlinə imkan düşən hər kəs buranı tərk edir. Onların sözlərinə görə, Ələsgərli kəndində 1988-ci ilədək ermənilər məskunlaşıb və o vaxt kəndin şəraiti çox yaxşı olub. Kəndlilər deyir, vaxtilə burada 600-dən çox ailə yaşasa da, indi cəmi 70-80 ailə qalıb.
Sakinlərin sözlərinə görə, kəndliləri buradan köçməyə məcbur edən əsas səbəblərdən biri yolun olmamasıdır. Biz də Ələsgərli kəndinə gələrkən yolun 12 kilometrlik dağlıq hissəsinin bərbad vəziyyətdə olduğunu gördük. Ona görə də, rayon mərkəzindən kəndə təxminən 1 saata gəlib çata bildik.
Kəndin 23 yaşlı sakini Elçin Alıyev deyir ki, yol olmadığı üçün Ələsgərli kəndinə müntəzəm marşrut da işləmir. Onun sözlərinə görə, 300-dən çox sakini olan kəndin cəmi bir marşrutu var, o da xarab olanda camaatın rayonla əlaqəsi kəsilir.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən BBC Azərbaycancaya bildirilib ki, regionların sosial-iqtisadi inkişafı dövlət proqramı çərçivəsində Ələsgərli kəndi də daxil olmaqla 6 yaşayış məntəqəsini birləşdirən və ümumi uzunluğu 32 kilometr olan Şəmkir, Şiştəpə, Dağ Tatar, İrmaşlı, Ələsgərli, Daşbulaq, Kamandar yolunun 2023-cü ilin sonunadək yenidən qurulması nəzərdə tutulub.
Ələsgərli kənd tam orta məktəbinin direktoru Zahid Məmmədov deyir ki, kənd əhalisinin azalması məktəbdə şagird sayının da aşağı düşməsinə gətirib çıxarıb.
Məktəb direktoru deyir kəndin məktəbi də elə o vaxtdan bu günə kimi təmir olunmayıb, ona görə də məktəbin şəraiti acınacaqlı gündədir. Lakin direktor bildirdi ki, prezidentin sərəncamına uyğun olaraq, kənddə bu ilin sonuna kimi modul tipli məktəbin quraşdırılması gözlənilir. Onun sözlərinə görə, məktəblə bağlı əsas problem kənddəki şəraitsizlik ucbatından bu kəndə müəllimlərin gəlməməsidir.

Şəmkir rayon icra hakimiyyəti kənddəki şəraitsizliklə bağlı yaranan sualları cavablandırmayıb.