Şəmkirdə Qarabağ müharibəsi əlillərinə tibbi xidmət göstərilib
Avqust 08
09:40
2016
Şəmkir Rayon İcra Hakimiyyətinin dəstəyi, Gənc Həkimlər Birliyinin təşəbbüsü, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi Şəmkir filialının və rayon mərkəzi xəstəxanasının təşkilatçılığı ilə Qarabağ müharibəsi əlillərinin tibbi müayinəsi həyata keçirilib.
Qlobal.az rayon icra hakimiyyətinə istinadən xəbər verir ki, mərkəzi xəstəxanada həyata keçirilən müayinələr zamanı 129 Qarabağ müharibəsi əlilinə tibbi xidmət göstərilib.
Qlobal.az



