Səmərqənddə TDT XİN başçılarının iclası keçirilir
Noyabr 10
10:48
2022
Özbəkistanın Səmərqənd şəhərində Türk Dövlətləri Təşkilatının (TDT) Xarici İşlər Nazirləri Şurasının 9-cu iclası başlayıb.
"Report” xəbər verir ki, bu barədə təşkilat məlumat yayıb.
Azərbaycanı iclasda xarici işlər nazirinin müavini Xələf Xələfov təmsil edir.
İclasda sabah, noyabrın 11-də keçiriləcək TDT ölkələri liderlərinin zirvə toplantısının gündəliyi və imzalanacaq sənədlər müzakirə olunur.
Eyni zamanda toplantıda təşkilatın gələcək 5 illik fəaliyyəti ilə bağlı strateji fəaliyyət planı qəbul olunacaq.
Həmçinin toplantıda 2009-cu il oktyabrın 3-də TDT-nin Naxçıvanda keçirilmiş iclasından sonra qəbul olunmuş sənədə düzəlişlər edilməsi nəzərdə tutulur.
Zirvə toplantısı çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana "Türk Dünyasının ali medalı" və Özbəkistanın Milli medalı təqdim olunacaq.



