SON XƏBƏR

Səməd Seyidovun köməkçisi də işdən çıxarıldı - Avtoqəza məsələsi...

Fevral 09
07:16 2026
Milli Məclisin deputatı Səməd Seyidovun köməkçisinin işdən çıxarıldığı bildirilir.

Bu barədə "Demokrat.az” məlumat yayıb.

Buna səbəb bir neçə gün əvvəl Qazax rayonunda sərxoş məmurların törətdiyi qəzadır. Qəza ilə bağlı ilk növbədə Qazax İH başçısının köməkçisi Süleyman Axundov işdən azad edilərək digər şəxslər məsuliyyətdən yayındırılmışdı. Lakin hadisə şahidləri və media mənbələri qəzada digər şəxslərin də iştirakını israrla iddia edirdi.Belə ki, hadisədəki avtomobilin İcra Hakimiyyətinin sabiq əməkdaşı, hazırda Qazax RMX-da işləyən Hacıalı Ramiz oğlu Məmmədova məxsus olduğu, qəza vaxtı isə maşını Milli Məclisin deputatı Səməd Seyidovun köməkçisi Akif Əmirovun idarə etdiyi bildirilirdi.

Qlobal.az 


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook