Səməd Bayramzadənin yeni kitabı rus dilində çap olunub
Sentyabr 08
23:46
2016
Bu günlərdə AMEA akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun Cənubi Azərbaycan şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Səməd Zülfəli oğlu Bayramzadənin "Cənubi Azərbaycan: "21 Azər”dən İranda "ağ inqilab”a kimi (iqtisadi və sosial-siyasi vəziyyət)” adlı elmi əsəri rus dilində 334 səhifədə işıq üzü gördü. Kitab "Tərəqqi” MMC nəşriyyat evində çap edilmişdir.
Müəllif kitabı uzun illər SSRİ və sonra Rusiya Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunda çalışmış tanınmış tarixçi-şərqşünas alim, İran tarixi üzrə bir sıra sanballı əsərlərin müəllifi, tarix elmləri doktoru, professor Saleh Məmməd oğlu Əliyevin əziz xatirəsinə ithaf etmişdir.
Adıgedən əsərdə Azərbaycan və eləcə də xarici tarixşünaslıqda çox az tədqiq edilmiş bir dövrü - 1947-1962-ci illər ərzində, Cənubi Azərbaycan məsələsinin siyasi, iqtisadi və sosial cəhətləri hərtərəfli nəzərdən keçirilmişdir.
Kitabda İranda əhalinin 30%-dən çoxunu təşkil edən azərbaycanlıların milli hüquqlardan məhrum olması, ona görə də Azərbaycan məsələsinin ölkənin ən mühüm siyasi, sosial problemlərindən biri olduğu vurğulanır.
S.Bayramzadə adıgedən əsərində göstərir ki, 1946-cı il dekabr ayının 12-də (21 Azər) Azərbaycan Milli Hökuməti ləğv edildikdən sonra yerli sahibkarların böyük bir hissəsi Tehranda fəaliyyət göstərmək və öz kapitallarını Azərbaycandan çıxarmaq məcburiyyətində qaldı. Çünki 1945-1946-cı illər milli-demokratik hərəkatın məğlubiyyətindən sonra Cənubi Aərbaycanda iqtisadi fəaliyyət üçün münasib şərait yox idi, mərkəzi hökumət burada sənaye obyektləri yaradılması üçün çüzi maliyyə vəsaiti ayırırdı.
Müəllif eyni zamanda onu da vurğulayır ki, tədqiq olunan dövrdə Cənubi Azərbaycan İranda öz iqtisadi əhəmiyyəti və potensialını saxlamaqda davam edirdi. Belə ki, bu diyar İranda kənd təsərrüfatı məhsullarının istehsalı üzrə qabaqcıl yerlərdən birini tutmaqla yanaşı ölkənin toxuculuq, yundarama, pambıqtəmizləmə sənayesi mərkəzi olaraq qalırdı. Həmin sənaye sahələri ilə yanaşı unüyütmə, quru meyvə, gön-dəri istehsalı da inkişaf edirdi. Cənubi Azərbaycan, həmçinin əvvəllərdə olduğu kimi, iri xalça ixracı rayonu idi.
S.Bayramzadənin oxuculara təqdim olunan əsərində XX əsrin 40-cı illərinin axırlarından etibarən İran mərkəzi hökumətinin Azərbaycan məsələsinə münasibətində yeni cəhətlər müəyyən edilir. Bu da hər şeydən öncə, mərkəzi hökumətin Cənubi Azərbaycanda demokratik fikrin, siyasi fəallığın qarşısını almaq səyi ilə bağlı idi. Başqa sözlə, Azərbaycan məsələsinə yalnız etnomilli məsələ çərçivəsində deyil, həm də ümumi siyasi, demokratik hərəkat çərçivəsində yanaşılırdı. Bütöblükdə, İran mərkəzi hökumətinin Azərbaycan siyasəti daim asimilyasiya tədbirləri ilə müşayiət olunurdu.
Müəllif adıgedən kitabında Azərbaycan məsələsinə Cənubi azərbaycanlıların bəzi təbəqələrinin münasibətini də göstərməyə çalışmışdır. Hər şeydən öncə qeyd edilməlidir ki, 21 Azərdən İrandakı ağ inqilaba qədərki dövr ərzində ölkədəki mövcud şəraitdə Azərbaycanın, azərbaycanlıların bir çox siyasi, sosial, iqtisadi, demokratik problemləri və müvafiq tələbləri parlament kürsüsündən belə səslənirdi. Ölkədəki şərait bu və ya digər dərəcədə demokratikləşdikdə, xüsusilə də 1951-1953-cü illər İran neftinin milliləşdirilməsi uğrunda antişah, antiimperialist və demokratik hərəkatın yüksəlişi və ondan sonrakı illərdə həmin problem və tələblər daha qabarıq şəkildə önə çəkilməyə başladı. Digər tərəfdən, Tehranda mövcud olan "Azərbaycanlılar cəmiyyəti” Azərbaycanın vəziyyəti barədə yerli mətbuatda tez-tez məlumatlar dərc etdirirdi. Həmin cəmiyyətin üzvləri dövlətin maarif və dil sahəsindəki siyasətini tənqid edirdilər, bəzi zamanlar tənqidlər daha kəskin formada sərgilənirdi.
Müəllifin gəldiyi nəticələr İranda Azərbaycan məsələsinin aydınlaşdırılmasına əhəmiyyətli kömək göstərir. Monoqrafiyada şah hökumətinin Azərbaycanın sənaye cəhətdən inkişafına mane olduğu və orada demokratik hərəkat və ideallara qarşı güclü ideoloji, siyasi mübarizə apardığı xüsusi vurğulanır.
Beləliklə, S.Bayramzadənin "Cənubi Azərbaycan: "21 Azər”dən İranda "ağ inqilab”a kimi (iqtisadi və sosial-siyasi vəziyyət)” adlı monoqrafiyasında Azərbaycan məsələsinin mahiyyəti həmin məsələnin beynəlxalq münasibətlərlə bağlılığı, daha doğrusu, beynəlxalq münasibət və şəraitin mərkəzi İran hökumətinin bu məsələ ilə bağlı siyasətinə təsiri fonunda araşdırılır, dövlətin Azərbaycan siyasətindəki yeni cəhətləri nəzərdən keçirilir.Tədqiqat əsərində Azərbaycan məsələsinin ictimai-siyasi həyatda inikası və azərbaycanlıların müxtəlif təbəqələrinin nümayəndələrinin həmin məsələyə münasibətinin bir sıra xüsusiyyətləri bu və ya digər dərəcədə öz əksini tapır.
Müəllifin təqdim olunan monoqrafiyası tədqiqatçılar, müəllim və tələbələr, eləcə də geniş oxucu kütləsi üçün faydalı və gərəkli ola bilər.
Vidadi Mustafayev,
tarix üzrə fəlsəfə doktoru,
Şərqşünaslıq İnstitutunun "İran
tarixi və iqtisadiyyatı” şöbəsinin müdiri