Səlim Müslümov İmişlidə "bazar" açıb
Fevral 26
16:47
2016
Nofəl Atakişiyevin inspektor Taryel Rüstəmovun əliylə 800-1000 manat almadan kimsənin sənədinə imza atmadığı deyilir
Sonolay.org xəbər verir ki, İmişli rayonunda ən çox şikayət edilən dövlət qurumu Sosial Müdafiə Mərkəzidir. Rayon sakinləri bildirirlər ki, əvvəllər rahatlıqla bu qurumun imkanlarından yararlana bilirdilərsə, indi bu ÜSY almaq müşkil məsələyə məsələ çevrilib.
Onların bildirdiyinə görə, Səlim Müslümov Əmək və Əhalinin Sosial Müdafiəsi naziri təyin olunandan sonra İmişli Sosial Müdafiə Mərkəzinin rəhbərini dəyişdirərək, onun yerinə Nofəl Atakişiyevi direktor təyin edib.
Lakin Atakişiyev işin başına keçəndən sonra bu qurumda özbaşınalıq pik həddə çatıb. Hətta vəziyyət o qədər acınacaqlıdır ki, İmişli rayon İcra Hakimiyyətində keçirilən qəbullarda ən çox SMM-in fəaliyyətindən şikayət edirlər.
İmişli rayonundan əldə etdiyimiz məlumatda vurğulanır ki, Nofət Atakişiyev işini etibarlı tutmaq üçün pul məsələlərini inspektor Taryel Rüstəmova həvalə edib. Onların sözlərinə görə, Rüstəmovun icazəsi olmadan bir nəfər ünvanlı sosial yardım ala bilməz. Lakin bu icazəni almağın özü də ayrıca bir müsibətdir. Ona görə ki, iki il müddətinə ünvanlı sosial yardım almaq üçün bu şəxslərə 800-1000 manat civarında pul verməlisən ki, sənədlər keçirilsin.
Camaat bildirir ki, dəfələrlə nazir Səlim Müslümova müraciət etsələr də, heç bir xeyri olmayıb.
Qlobal.az