Selçuk Bayraktar Sumqayıt Kimya Sənaye Parkında olub

Aprel 04
15:02
2023
Ölkəmizdə səfərdə olan "Baykar” şirkətinin texniki direktoru Selçuk Bayraktar aprelin 3-də Sumqayıt Kimya Sənaye Parkında olub.
İqtisadi Zonaların İnkişafı Agentliyindən (İZİA) verilən məlumata görə, qonağa ölkəmizdə fəaliyyət göstərən sənaye zonaları, burada sahibkarlar üçün mövcud investisiya imkanları, tətbiq edilən vergi və gömrük güzəştləri barədə məlumat verilib, sənaye zonalarının təqdimatı keçirilib.