"Şəhriyar Məmmədyarova dəstək olmağa hazıram" — Manaf Ağayev
Avqust 27
14:41
2018
"Şəhriyar Məmmədyarov Azərbaycanın fəxridir, özü də məcburi köçkün rayondan, Zəngilandandır. Əlbəttə, ona dəstək olmağa hazıram. Bir azərbaycanlı kimi nəyə gücüm çatırsa, edərəm".
Bu fikirləri "Ölkə.Az"a açıqlamasında tanınmış müğənni Manaf Ağayev Azərbaycanın şahmat üzrə beynəlxalq dərəcəli qrossmeysteri Şəhriyar Məmmədyarovun sosial şəbəkədə yazdığı statusa münasibət bildirərkən səsləndirib.
Qeyd edək ki, Ş.Məmmədyarov sözügedən statusda sponsorsuzluq ucbatından tez-tez məsul yarışlara çıxdığını bildirmişdi:
"İndicə yuxudan durdum. Burada gecə saat 01:47-dir. Bu gün Karlsonla 5 saatdan çox oyun oynadım və açığı çətin mübarizə oldu. Debutda böyük üstünlüyüm var idi. Sonra bir az vəziyyətim çətinləşdi və üstünlüyü əldən verdim. Buradan bir qənaətə gəldim ki, bir daha 40-45 günlük turnirlərə son qoyacam. Gərək az oynayıb özümdə güc saxlayım. Bu qədər arxa-arxaya oynamaq əlbəttə ki, biabırçılıqdır. Bu gün jurnalist mənə sual verdi ki, səni bu qədər oynamağa məcbur edən nədir? Utandım deyim ki pul! Deyə bilmədim ki, mənim kimi peşəkar oyunçunun sponsoru yoxdu. Bütün yarışlara öz hesabıma gəlirəm. Buradakı insanların sponsoru var. Amma yenə sabah oyun var. Gərək yenə hazırlaşım. Çox heyif, amma şahmat belə məni bezdirir. Yorulmuşam. Sabah yenə oynamaq lazımdı! Arada fkirləşirəm bu ölkədə məndən güclü nə qədər idmançı var ki, mənə bir sponsor tapılmır. Azərbaycana sevgim sonsuzdur. Amma heyif ki, mənim gücüm sonsuz deyil. Bir gün mən o Şəhriyar Məmmədyarov olmayacam. O zaman isə bu söhbətlər sadəcə mənasız olacaq. Təşəkkürlər diqqətə görə".

Qlobal.az