Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov reytinqdə geriləyib
![](https://qlobal.az/photo/680x365/2024-07/1719830266_f4573c8a-43b0-49fb-90db-9c87b0501f67.jpg?1720152387)
İyul 01
14:37
2024
FİDE iyul ayı üçün şahmatçıların reytinqini açıqlayıb.
Teymur Rəcəbov (2700) isə 4 pillə geriyə düşərək 34-cü yerdə qərarlaşıb. Altı pillə irəliləyən Rauf Məmmədov (2652) 76-cı yerə yüksəlib.
Kişilərin reytinq cədvəlinə Maqnus Karlsen (2990, Norveç) başçılıq edir. Hikaru Nakamura (2802, ABŞ) ikinci Fabiano Karuana (2796, ABŞ) isə üçüncüdür.
Qadın şahmatçılarımızdan Günay Məmmədzadə (2441) 4 pillə geriləyərək 33-cü yerdə qərarlaşıb. Gövhər Beydullayeva isə üç pillə geriləyərək (2412) 42-ci pillədə yer alıb. 16 pillə irəliləyən Xanım Balacayeva (2407) 47-cidir. Ülviyyə Fətəliyeva (2399) iki pillə geriləyərək 51-ci sıraya düşübsə, Gülnar Məmmədova "Top-100”ü tərk edib.