SON XƏBƏR

Şəhriyar Məmmədyarov dünya reytinqində irəlilədi

İyun 01
18:17 2024
Şahmatçımız Şəhriyar Məmmədyarov (2734) dünya reytinqində 2 pillə irəliləyib.

Qlobal.az xəbər verir ki, o, yenilənən FIDE reytinqinin 16-cı pilləsində qərarlaşıb.

Digər təmsilçilərimizdən Teymur Rəcəbov (2704) 30-cu, Rauf Məmmədov isə (2651) 82-ci pillədədir.

Qadın şahmatçıların siyahısında milli üzvlərindən Günay Məmmədzadə (2444) 29-cu, Gövhər Beydullayeva (2417) 39-cu, Ülviyyə Fətəliyeva (2399) 49-cu, Xanım Balacayeva (2385) 63-cü, Gülnar Məmmədova (2348) 99-cu yerdə qərarlaşıb


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook