SON XƏBƏR

Səhnəmizin “Karmen”i ilk dəfə Gülçöhrə rolunda

Noyabr 12
11:39 2015
Noyabrın 28-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Üzeyir Hacıbəylinin "Arşın mal alan” tamaşası keçiriləcəkdir.
 
1998-ci ildə Əməkdar İncəsənət Xadimi Hafiz Quliyevin quruluşunda səhnəyə qoyulmuş "Arşın mal alan” artıq 17 ildir ki, fasiləsiz olaraq Teatrın repertuarındadır.
 
Noyabrın 28-də baş tutacaq tamaşanın özəlliyi bu tamaşada ilk dəfə Gülçöhrə rolunda Azərbaycanın Xalq artisti Fidan Hacıyevanın çıxış etməsidir. Teatrımızın səhnəsində indiyə kimi Karmen ("Karmen”), Amneris ("Aida”), Azuçena ("Trubadur”), Rozina ("Sevilya bərbəri”), Gülüş ("Sevil”), Asya ("Arşın mal alan”), Xanəndə qız ("Koroğlu”) və s. rol və partiyaları yüksək professionallıqla ifa edən Xalq artistimizin yeni rolu da ümid edirik ki, uğurlu alınacaqdır.
 
Tamaşanı gənc dirijor Əyyub Quliyev idarə edəcək, Əsgər rolunda Əməkdar artist Fərid Əliyev, Xala rolunda Əməkdar artist Gülüstan Əliyeva, Soltan bəy rolunda Əməkdar artist Yadigar Muradov, Süleyman rolunda Tural Ağasıyev, Telli rolunda Xalq artisti Gülyaz Məmmədova, Vəli rolunda isə Əməkdar artist Ələkbər Əliyev çıxış edəcəklər.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook