SON XƏBƏR

Səhiyyə Nazirliyi Sirus Qoçqaninin sertifikasiyası haqqında olan məlumatları bilərəkdən gizlədir - VƏKİL

Noyabr 20
01:13 2019
Bakıda məhşur həkimin ölümünə səbəb olan Qoçqani ilə bağlı yeni faktlar...

"Sirus Qoçqaninin cinayət məsuliyyətinə cəlb edilməsi üçün mümkün olan və olmayan bütün vasitələrindən istifadə ediləcəkdir”.

Bu sözləri vəkil Samir Zeynalov deyib. O bildirib ki, uğursuz peşə fəaliyyəti ilə bağlı bu ilin may ayında Sona Veliyeva Gürgün-nün vaxtsız ölümü səbəbi ilə gündəmə gələn Dr.Siruz Qoçqani ciddi cəhdlərlə himayə edilir: "Amma tam məsuliyyət və əminliklə bəyan edirəm ki, bu cəhdlər heç bir fayda verməyək. Sirus Qoçqani məsuliyyətə cəlb ediləcək.

Qeyd edim ki, çoxsaylı tənqidlərimdən sonra Baku Medikal Plaza rəhbərliyi Sirus Qoçqani üçün yeni-Lipomatik 7D aparatını alıb. Mərhumə Sona Gürgün Vəliyevanın əməliyyatı üçün istifadə edilən aparat isə Lipomatik 6D idi. S.Qoçqani məhz bu aparatın mükəmməl olduğunu, heç bir fəsad törətmədiyini və emboliya vermədiyini qeyd etməklə mərhuməni əməliyyatın qorxusuz keçəcəyinə inandırmışdı.

27.05.2019-cu il tarixdə uğursuz liposaksiya əməliyyatının gedişində dünyasını dəyişmiş Sona Gürgün Vəliyevanın ölüm səbəblərinə bu günə qədər Sirus Qoçqani və onun çalışdığı Baku Medikal Plazanın Babək filalının rəhbərliyi zəruri aydınlıq gətirməyib.

Baku Medikal Plaza mərhumənin əməliyyatdan öncə əldə edilmiş anestezioloji müayinələrinin cavabını, eləcə də əməliyyatın video görüntüsünü əks etdirən video-diski bu günə qədər təqdim etməkdən yayınır.

Sirus Qoçqaninin diplomu və sertifikasiyası ilə bağlı məlumatlar gizlədilir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Sirus Qoçqaninin sertifikasiyası haqqında olan məlumatları bilərkdən gizlədir.

Təzyiqlərə, əngəllərə baxmayaraq davam edirik və istədiyimiz nəticəni mütləq əldə edəcəyik”. (news24.az)
 
Qlobal.Az





Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook