Səhiyyə Nazirliyi qızıl diş oğurluğundan danışdı
Avqust 12
17:19
2016
Bu gün bir sıra saytlarda Sumqayıt Təcili Tibbi Yardım Xəstəxanasında komada olan xəstə İsmayıl Qasımovun ağzındakı qızıl dişlərinin oğurlanması ilə bağlı məlumat yer alıb.
Moderator.az bu informasiyanı dəqiqləşdirmək məqsədi ilə Səhiyyə Nazirliyinin mətbuat xidməti ilə əlaqə saxlayıb. Mətbuat xidmətindən saytımıza verilən məlumatda sözügedən informasiya təkzib edilib:
"Biz yayılan bu informasiya ilə əlaqədar Sumqayıt Təcili Tibbi Yardım Xəstəxanası ilə əlaqə saxladıq və bəlli oldu ki, bu infomarmasiya əsassızdır. Biz bu məlumatı təkzib edir və qeyri-ciddi informasiya kimi dəyərləndiririk”.
Qlobal.az



