SON XƏBƏR

Səhiyyə Nazirliyi COVID-19 testlərinin nəticələrinin gecikməsinin səbəbini açıqladı

Fevral 17
12:32 2022
Səhiyyə Nazirliyi son zamanlar vətəndaşlardan götürülən COVID-19 testlərinin nəticələrinin gecikməsinin səbəbini açıqlayıb.
 
Nazirliyin mütəxəssis-eksperti, genetik Zakir Bayramov müraciət edən şəxslərin nümunəsinin PZR üsulu ilə işləmək üçün bir neçə mərhələdən keçdiyini bildirib.

O qeyd edib ki, öncə nümunədən DNT-nin ekstraksiyası (ayrılması), sonra isə amplifikasiyası (aparatda oxunması) həyata keçirilir: "Amplifikasiya mərhələsini həyata keçirmək üçün aparata 96 şəxsin nümunəsi yerləşdirilməlidir (məsələn, əgər test CFX96 BioRad cihazında aparılarsa). Əks halda az sayda nümunənin qoyulması zaman itkisindən kütləvi yoluxmalar zamanı məqsədəuyğun sayılmır. Belə ki, hər üç mərhələni nəzərə aldıqda (ekstraksiya, amplifikasiya və nümunələrin yığılaraq bir məntəqəyə göndərilməsi) PZR testin cavabları 96 nəfər üçün yalnız 3-4 saatdan sonra mümkün olur. Bunu nəzərə alaraq, 10-20 min testi həyata keçirmək üçün xeyli vaxt tələb olunur. Bu səbəbdən də son günlərdə testlərin cavablarının çıxmasında müəyyən gecikmələr müşahidə edilməkdədir".



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook