Səhiyyə nazirliyi bu şəxslərə müraciət etdi
Fevral 02
17:13
2022
"Ürək-damar xəstəliklərindən əziyyət çəkənlər fəsildən asılı olmayaraq daim nəzarət altında olmalıdırlar”.
"Report” xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, kardioloq İlqar Tahiroğlu deyib.
Onun sözlərinə görə, yaz-yay fəslində həmin xəstəliklərdən əziyyət çəkənlərin Günəş şüaları altında qalması, eləcə də isti havada çox vaxt keçirməsi tövsiyə olunmur: "Həmin xəstələr yaz aylarında mümkün olduğu qədər isti hava altında qalmamalı, çoxlu maye qəbul etməlidirlər. Həmçinin dərmanları vaxtı-vaxtında qəbul etmələri tövsiyə olunur.
Soyuq aylarda isə damarlarda spazm yaranır. Bu da meydana gələcək infarkt riskini artırmış olur. Stendi olan şəxslərdə isə vəziyyət daha təhlükəli olur”.