Səhiyyə nazirinə müraciət: Oftalmologiya Mərkəzində rəzalətə "dur" deyən niyə tapılmır?
İyun 16
02:43
2022
Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzində xəstə yaxınlarından qeyri-qanuni olaraq pul alınır.
Bu barədə Qlobal.az-a göndərilən məktubda yazılır:
Şikayətçi vətəndaş Milli Oftalmologiya Mərkəzinin Uşaq bölməsində fəaliyyət göstərən A113-cü otaqda qeyri-qanuni pul tələb edildiyini bildirir:
"A113-cü otağa göndərilən hər bir uşağın gözünün müayinəsi üçün xəstənin valideynlərindən - yaxınlarından beş manat tələb olunur. Pulu burada çalışan xanım işçilər tələb edir. Aldıqları pulun əvəzində isə heç bir ödəniş çeki təqdim etmirlər".
Vətəndaş bu halın qeyri-qanuni olduğunu, yığılan pulların vergidən yayındırılaraq mənimsənildiyini qeyd edir:
"Narazılığım A113-cü otaqda alınan pulun əvəzində heç bir qəbzin verilməmisi ilə bağlıdır. Bu barədə etirazımı bildirmək, məlumat almaq üçün girişdə ödəniş etdiyim 100-cü otağa getdim. Orada çalışan xanım mənə 113-cü otaqda pulun nə üçün tələb edildiyini bildirmək səlahiyyətində olmadığını dedi".
Şikayətçi bildirir ki, daha sonra məsələyə mühafizə rəisi müdaxilə edib:
"100-cü otaqda olarkən təxminən 50 yaşlarında bir şəxs mənə yaxınlaşaraq problemin nə ilə bağlı olduğunu soruşdu. Bu şəxsdən kim olduğunu soruşduqda isə mühafizə xidmətinin rəisi olduğunu söylədi. Həmin şəxsə A113-cü otaqda göz müayinəsi üçün gələn xəstələrdən nə üçün beş manat tələb olunduğunu soruşdum. O isə mənə pulun yoxdur, vermə dedi. Mən isə pulumun olduğunu, sadəcə alınan pulların hansı adla alındığını, niyə qəbz verilmədiyini soruşdum. O isə bu sualıma cavab verə bilməyəcəyini dedi".
Bu barədə Qlobal.az-a göndərilən məktubda yazılır:
"Övladımı hər altı aydan bir Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinə aparıram. Girişdə 100 nömrəli otaqda həkimin qəbuluna düşmək üçün 20 manat ödəniş tələb olunur. Alınan pulun müqabilində həkimin qəbuluna düşmək üçün sıra nömrəsi yazılan çek verilir. Əlbəttə ki, bütün bunlar normal ola bilər. Bu barədə heç bir şikayətimiz yoxdur. Ancaq həkimin qəbulundan sonra gözün müayinəsi üçün göndərildiyimiz A113-cü otaqda isə əsl "bazar" açılıb".
A 113-cü otaq, göz müayinəsi növbəsi
"A113-cü otağa göndərilən hər bir uşağın gözünün müayinəsi üçün xəstənin valideynlərindən - yaxınlarından beş manat tələb olunur. Pulu burada çalışan xanım işçilər tələb edir. Aldıqları pulun əvəzində isə heç bir ödəniş çeki təqdim etmirlər".
Vətəndaş bu halın qeyri-qanuni olduğunu, yığılan pulların vergidən yayındırılaraq mənimsənildiyini qeyd edir:
"Narazılığım A113-cü otaqda alınan pulun əvəzində heç bir qəbzin verilməmisi ilə bağlıdır. Bu barədə etirazımı bildirmək, məlumat almaq üçün girişdə ödəniş etdiyim 100-cü otağa getdim. Orada çalışan xanım mənə 113-cü otaqda pulun nə üçün tələb edildiyini bildirmək səlahiyyətində olmadığını dedi".
Şikayətçi bildirir ki, daha sonra məsələyə mühafizə rəisi müdaxilə edib:
"100-cü otaqda olarkən təxminən 50 yaşlarında bir şəxs mənə yaxınlaşaraq problemin nə ilə bağlı olduğunu soruşdu. Bu şəxsdən kim olduğunu soruşduqda isə mühafizə xidmətinin rəisi olduğunu söylədi. Həmin şəxsə A113-cü otaqda göz müayinəsi üçün gələn xəstələrdən nə üçün beş manat tələb olunduğunu soruşdum. O isə mənə pulun yoxdur, vermə dedi. Mən isə pulumun olduğunu, sadəcə alınan pulların hansı adla alındığını, niyə qəbz verilmədiyini soruşdum. O isə bu sualıma cavab verə bilməyəcəyini dedi".
Şikayətçi vətəndaş yazır ki, daha sonra baş həkimin qəbuluna gedərək A113-cü otaqda göz müayinəsinə gedən xəstələrdən pulun nə üçün alındığını, əvəzində niyə qəbz verilmədiyini soruşub:
"Mərkəzdə 3-cü mərtəbədə baş həkim Səbinə Məcidovanın qəbuluna gedərək A113-cü otaqda göz müayinəsinə gedən xəstələrdən beş manat pul alındığını bildirib bunun səbəbini soruşdum. Baş həkimə dedim ki, heç bilirsiz bu müəssisə kimin adını daşıyır? Axı, bura dövlət müəssisədir. Əgər pul qanuni alınırsa niyə əvəzində ödəniş qəbzi verilmir. Baş həkim Səbinə Məcidova belə hallardan xəbərsiz olduğunu bildirərək pulu gedib geri almağımı məsləhət gördü".
Səhiyyə nazirinə müraciət edən vətəndaş sonda məsələnin həllini tapacağına ümidli olduğunu bildirir:
"Cənab nazir! Dəfələrlə Prezident İlham Əliyev cənabları, Birinci vitse-prezident Mehriban xanım Əliyeva çıxışlarında Azərbaycan səhiyyəsinə böyük həcmdə vəsaitlər ayrıldığını bildirmişdir. Respublikamızda inşa edilən yeni tibb müəssisələri, hər il yenilənən ən müasir tibbi texnologiyalar İlham Əliyev cənablarının və Mehriban xanım Əliyevanın səhiyyə sisteminə göstərdikləri diqqətin ən bariz nümunəsidir. Sizin ölkə rəhbərliyinin tapşırıqlarına uyğun olaraq ölkəmizin Səhiyyə sistemində şəffaflıq yaratmaq, bu sahəni inkişaf etdirmək istədiyinizə şübhəmiz yoxdur. Bu Mərkəz həm də Ulu Öndər Heydər Əliyevin həyat yoldaşı, xalqımıza, dövlətimizə Müzəffər Ali Baş Komandan Prezident İlham Əliyev kimi rəşadətli, qətiyyətli bir siyasətçi bəxş etmiş akademik Zərifə xanım Əliyevanın adını daşıyır. Xahiş edirik, bu məsələyə müdaxilə edib qanunsuzluğun qarşısını alasınız" - deyə, vətəndaş yazır.
Qlobal.az Oftalmologiya Mərkəzinin saytında göstərilən 055 201 84 48 nömrəsinə zəng edərək mövqe öyrənmək istəsək də, qarşı tərəf bu barədə danışmaq istəmədi.
Səhiyyə Nazirliyindən də məsələyə mövqe ala bilmədik.
TƏBİB isə Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyinin tabeliyində fəaliyyət göstərmədiyinə görə münasibət bildirmədi.
Xatırladaq ki, Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin direktoru professor Elmar Qasımovdur.
Aidiyyatı qurumlar mövqe bildirə bilər.
Qlobal.az