SON XƏBƏR

Şəhidlərin bir ailə üzvünün 1000 manata qədər borcu bank borcu bağışlanacaq

Aprel 02
15:09 2019
"Azərbaycan Banklar Assosiasiyası” (ABA) İctimai Birliyinin Rəyasət Heyətinin geniş tərkibdə iclası keçirilib.

Qlobal.az ABA-ya istinadən xəbər verir ki, iclasda yekdilliklə Qarabağ müharibəsi və 20 Yanvar şəhidlərinin bir nəfər ailə üzvünün banklara 360 gündən artıq gecikməsi olan 1 000 manata kreditlərinin (faiz borcu daxil olmaqla) bankların öz vəsaitləri hesabına ödənilməsi barədə qərar qəbul edilib.

Bundan başqa, banklara bu istiqamətdə əlavə güzəşt imkanlarının araşdırılması tövsiyə olunub. 





Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook