Şəhidin ailəsinə 5 kq yağ, 20 kq un, 10 kq şəkər tozu göndərən başçı tənqid olundu
Noyabr 18
11:25
2021
Ötən gün ermənilərin təxribatı nəticəsində şəhid olan müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik çavuş Natiq Əliyevin ailəsi Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovdan şikayətçidir.
Qlobal.az-ın xəbərinə görə, buna səbəb icra hakimiyyətinin N.Əliyevin ailəsi üçün 5 kiloqram yağ, 20 kiloqram un, 10 kiloqram şəkər tozu göndərməsi olub.
Baş verənlərə görə icra başçısı sosial şəbəkədə kəskin tənqid edilib.
Məsələyə Gəncə Şəhər İcra Hakimiyyəti reaksiya verməyib. (Pravda.az)