Şəhid yadigarlarını lentə alan sənədli film təqdim olunub
İyun 01
12:44
2022
1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günündə ataları Vətən müharibəsində şəhid olandan sonra dünyaya gələn uşaqlarla bağlı sənədli film hazırlanıb. "Sonbeşiklər” adlı filmdə atalarının şəhidliyindən sonra doğulan 102 uşaqdan 13-ü lentə alınıb.
"Qafqazinfo” və "Nar”ın dəstəyilə hazırlanan filmin məqsədi torpaqlarımızın azadlığı uğrunda canından keçmiş şəhidlərimizi ehtiramla yad etmək, onların yadigarlarını cəmiyyətə tanıtmaqdır. Filmi izləmək üçün bu səhifəyə daxil ola bilərsiniz.
"Azerfon” şirkəti ("Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. "Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. Şirkət son 3 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur.
Qlobal.az