SON XƏBƏR

Şəhid qardaşı Sosial Xidmətlər Agentliyini ifşa etdi

İyun 19
22:56 2023
Sosial Xidmətlər Agentliyinin sözçüsü şəhid ailələrinin qanunda nəzərdə tutulmuş sanarotiya-kurort güzəştlərilə bağlı ictimailəşdirdiyim məsələ ilə bağlı həmişəki kimi şablon açıqlama verib. Açıqlamadan belə çıxır ki, mən guya yalan danışmışam.

Tribunainfo.az yazır ki, bu sözləri şəhid Vüsal Vəliyevin qardaşı, jurnalist Elyar İslamoğlu yazıb. Sosial Xidmətlər Agentliyinin fəaliyyətsizliyini üzə çıxaran jurnalistin suallarını agentlik əməkdaşları şablon cavablarla yola veirr:

"Saat 09:30-dur, (+994 12) 525 41 30 nömrəsinə az əvvəl zəng etdim, operator xanım xəttdə gözləməyimi istədi, nə qədər gözləsəm də mətbuatla bağlı şöbədən kimisə tapıb mənə yönlədirə bilmədi. Sonra geri dönüş edəcəklərini dedi.

Biraz sonra Sosial Xidmətlər Agentliyindən mobil nömrədən zəng gəldi. Sonuncu dəfə Sosial Xidmətlər Agentliyindən ailəmizi haçan ziyarət etdiklərini, sanatoriya üçün müraciət edəndə həmin qurumdan xanım əməkdaşın mənə verdiyi cavabı, mətbuata verilən şablon açıqlamanı soruşdum. Çünki dəqiq bilirəm ki, Sosial Xidmətlər Agentliyinə rəhbərlik səviyyəsində şəhid ailələrini ziyarət edərək onların problemlərilə maraqlanmaq tapşırığı verilib. Amma bizim ailəmizə nədənsə heç kim gəlməmişdi.

SXA-nın sözçüsü mətbuata verdiyi şablon açıqlamanı təkrarlamaq istədi, imkan vermədim, cavablamağa sözü olmadığı üçün "yazılı sorğu göndərərsiniz, cavablayarıq” dedi.

Bunlar şəhid ailələrinə, qazilərə belə xidmət edir. Telefonla canlı şəkildə sorğuları cavablaya bilmirlər, çünki yalanlarını dərhal üzlərinə vururam.

Bəzi saytlara, jurnalistlərə ayda 100-150 manat göndərərək problemlərin mətbuatda yazılmamasının, ictimailəşdirilməsinin qarşısını almağa çalışırlar.

Özlərinə də dedim, onlarda günah görmürəm, atalar deyib ki, "atı-atın yanına bağlasan həmrəng olmasa da, həmxasiyyət olar”. Bir qurumun rəhbərinin nənəsi ermənidirsə, o qurum heç vaxt şəhid ailəsinə, qaziyə normal xidmət göstərməz. Şəhid ailələrindən, yarıcan qazilərdən bacardıqca qohumlarının intiqamını almağa çalışacaq”.

E.İslamoğlu Sosial Xidmətlər Agentliyinə göndərdiyi, lakin hər dəfə şablon cavab aldığı sorğunu bir daha media vasitəsilə göndərərək dəqiq və doğru reaksiya gözləyir:

"Sosial Xidmətlər Agentliyi, şəhid mayor Vüsal Vəliyevin ailəsi rəhbərlik səviyyəsində haçan ziyarət edilib?”
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook