SON XƏBƏR

Şəhid anası Qəbələ Rayon Mərkəzi Xəstəxanasının direktorunun müavinindən şikayətçidir - FOTO

Yanvar 07
14:08 2025
Qəbələ rayonu Kiçik Əmili kənd sakini Şəhid anası Bayramova Dilbər Ağaşirin qızı Qəbələ Rayon Mərkəzi Xəstəxanasının direktorunun müavini Fikrət Cəfərovdan Prezident İlham Əliyevə, Mehriban xanım Əliyevaya və TƏBİB-in icraçı direktoru Vüqar Qurbanova şükayət ünvanlayıb. 
 
Qlobal.az şəhid anasının şikayətini təqdim edir:
 
"Mən Şəhid anası olaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, Mehriban xanım Əliyevaya və TƏBİB-in icraçı direktoru cənab Vüqar Qurbanova müraciət edirəm. 

Xahiş edirəm şikayətimi obyektiv araşdırıb bizi təhqir edib alçaldan Qəbələ Rayon Mərkəzi Xəstəxanasının direktorunun müavini həkim Fikrət Cəfərovun barəsində qanunu tədbirlər görəsiniz.

23 dekabr 2024-cü il tarixdən Qəbələ Rayon Mərkəzi Xəstəxanasının terapeya şöbısində stasionar müalicə olunuram. Oğlum İntiqam əşyalarımı gətirəndə avtomobilini xəstəxananın həyətində saxlayıb ki, aparmaq asan olsun. Bunu görən həkim Fikrət  Cəfərov oğlumu acılayıb üstünə qışqırıb ki, avtomobili orada saxlamaq olmaz. Oğlum İntiqam ona izah edib ki, müalicə olunan xəstə anamın yanına əşyalarını gətirmişəm tez təhvil verib gedirəm. Həkim Fikrət Cəfərov səsin başına atıb səs-küy yaradıb. Sonra mən ona irad bildirdikdə "şəhid anası olmursan nə olursan ol orada maşın saxlamaq olmaz” deyə yüksək səslə bizi təhdid etdi. Mən həkim Fikrət Cəfərovun belə reaksiyandan sanki şoka düşdüm. 

Qeyd edim ki, oğlum İntiqam 4 ildir ki, mühafizə polisində işləyirdi və Qəbələ Rayon Mərkəzi Xəstəxanasında xidmətə çıxırdı. Bir neçə dəqiqəlik avtomobili ərazidə saxladığı üçün həkim Fikrət Cəfərov bizi təhdit etdiyi bəs deyilmiş kimi oğlum İntiqamı xəstəxanadan işdən uzaqlaşdırdı.

Mən bunu şəhid ruhuna təhqir, hörmətsizlik və ədəbsizlik hesab edirəm.Oğlum İntiqamın avtomobili bir neçə dəqiqə orada dayanmaqla dünya dağılmayacaydı və burada heç bir qanun pozuntusu da yoxdur. Sadəcə direktor müavini Fikrət Cəfərov özünü kollektivə və camaata göstərmək üçün belə bir kobud hərəkətlər etdi.
Mənim övaldım Coşqun Ənvər oğlu Bayramov Vətən müharibəsində torpaqlarımızlın azadlığı uğurunda canından keçdi ki, Fikrət Cəfərov kimi özünə var dövlət toplayıb rahat yaşasın, Şəhid ailəsini təhqqir etsin, xidmətdən kənarlaşdırsın? 
 


Belə bir qanunsuzluqla üzləşsəm də ümidimi üzməmişəm ona görə ki, Azərbaycan Respublikasının İlham Əliyev kimi ədalətli Prezidenti və Mehriban Əliyeva kimi mərhəmətli birinci xanımı var. Siz daima Şəhid ailələrinə diqqət və qayğı göstərirsiniz. İnanıram ki, bu müraciətimi obyektiv araşdırıb lazımı tədbirlər görəcəksiniz. 
Hər bir həkim və ya hər hansı dövlət qulluqçusu etik davranış kodeksinə riayət etməklə vətəndaşlarla mehriban davranmalıdır. 

Mən Prezident cənab İlham Əliyevdən, Mehriban xanım Əliyevadan və TƏBİB-in İcraçı direktoru cənab Vüqar Qurbanovdan xahiş edirəm şikayətimi obyektiv araşdırıb Şəhid ailəsi ilə kobud rəftar edib təhqir etdiyi üçün Qəbələ Rayon Mərkəzi Xəstəxanasının direktorunun müavini həkim Fikrət Cəfərovun barəsində qanunu tədbirlər görəsiniz."
 
Qlobal.az qarşı tərəfdən məsələyə mövqe öyrənə bilməyib. 



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook