SON XƏBƏR

"Şəhid ailəsi olaraq ev almaq üçün 10 min manat verdim" - Vilyam Hacıyevin məhkəməsində şahid

Aprel 01
13:55 2022
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində İmişli Rayon İcra Hakimiyyətinin (RİH) həbsdə olan sabiq başçısı Vilyam Hacıyevin cinayət işi üzrə məhkəmə iclasında şahidlər dindirilib.

"Report”un xəbərinə görə, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə şahid Həsənov Zahidov bildirib ki, İmişli şəhərində sahibkar kimi fəaliyyət göstərir.
O deyib ki, Vilyam Hacıyevlə şəxsi tanışlığı olmayıb:

"Tikinti işlərim var idi. Əvvəlki icra başçısının vaxtından icazə sənədim var idi. Arxitekturadan gəlib dedilər ki, tikinti dayandırılmalıdır. Lakin mən sərəncamı rayon arxitektura şöbəsinin rəisi Nazim Rəsulova göstərəndə dedi ki, başçıya pul vermək lazımdır. Mən də həmin şəxsə Vilyama çatacaq olan 2 min manatı verdim".

Daha sonra şahid qismində Teymur Quliyev dindirilib. O, rayonda xırda təsərrüfatının olduğunu deyib:

"Atam xəstə olduğuna görə icra hakimiyyətinə maddi yardım kimi müraciət etdim. Orda da mənə Cəlil Musayev dedi ki, adına 6 800 manat pul yazacağıq, lakin sənə cəmi 1000 manat köməklik olunacaq. Mən pulun hamısını çıxarıb 1000 manatı özümə götürüb qalanını icra hakimiyyətində işləyən həmin şəxsə verdim".

Şahid Xəyyam Məmmədovun sözlərinə görə, icra hakimiyyətinə sosial vəziyyətinin aşağı olması səbəbindən müraciət edib:

"Mənə maliyyə şöbəsində 7 min manata qol çəkdirdilər və mən də o pulu bankdan çıxarıb, 200 manatı özümə götürüb qalanını maliyyə şöbəsində işləyən şəxsə verdim".

Prosesdə ifadə verən şahid Fəxrəddin Qarayev İmişlidə mühəndis istismar sahəsinin rəisi işlədiyini vurğulayıb:

"Qohumum ev almaq üçün məndən köməklik göstərməsini xahiş etdi. Mən də buna görə 12 min manatı baş mühasib Cəmil Musayevə təqdim etdim".

Şahid Babək Kazımlı diqqətə çatdırıb ki , ondan 2015-ci ildə bələdiyyə sədri seçilməyi üçün 30 min manat pul istənilib:

"Mən onsuzda kifayət qədər səs toplayıb seçkilərin qalibi olmuşdum. Maneçilik törədilməsinə deyə baş mühasib Cəmil Musayevə 25 min, daha sonra 5 min manat verdim".

Şahid qismində irayonun mədəniyyət şöbəsinin müdiri Nazim Əzimov da ifadə verib. O deyib ki, Vilyam Hacıyevə ümumilikdə 31 min 276 manat pul verib.

Şahid Mütəllim Qədirovun sözlərinə görə şəhid ailəsi olaraq İmişli rayon icra hakimiyyətinə müraciət edib. Onun sözlərinə görə, "şirinlik" kimi 10 min manata qarşılığında ikiotaqlıq ev ala bilib.

Məhkəmənin növbəti iclası aprelin 4-nə təyin edilib.

Qeyd edək ki, 2020-ci il mayın 5-də məhkəmənin qərarı əsasında Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən V.Hacıyevin xidməti və yaşadığı ünvanlarda əməliyyat-istintaq tədbirləri həyata keçirilib. Daha sonra o, həbs edilib.

İstintaq orqanı tərəfindən V.Hacıyevin barəsində Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya isriaf etmə, 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda), 311.3.3-cü (rüşvət alma (passiv rüşvətxorluq), külli miqdarda törədildikdə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan olunub.

***

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində İmişli Rayon İcra Hakimiyyətinin (RİH) həbsdə olan sabiq başçısı Vilyam Hacıyevin cinayət işi üzrə məhkəmə iclasında şahidlər dindirilir.

"Report”un xəbərinə görə, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə şahid Həsən Zahidov bildirib ki, İmişli şəhərində sahibkar kimi fəaliyyət göstərir.
O deyib ki, V.Hacıyevlə şəxsi tanışlığı olmayıb: "Rayonda tikinti işləri aparmaq istəyirdim. Əvvəlki icra başçısının dövründə icazə sənədim var idi. Arxitekturadan gəlib dedilər ki, tikinti dayandırılmalıdı. Lakin mən sərəncamı rayon icra hakimiyyətinin arxitektura şöbəsinin rəisi Nazim Rəsulova göstərdim. O dedi ki, başçıya pul vermək lazımdı. Mən də həmin şəxsə Vilyam Hacıyevə çatacaq olan 2 min manat verdim".

Daha sonra şahid qismində Teymur Quliyev dindirilib. O, rayonda xırda təsərrüfatının olduğunu deyib: "Atam xəstə olduğuna görə icra hakimiyyətinə maddi yardım kimi müraciət etdim. Orada da mənə baş mühasib Cəlil Musayev dedi ki, adıma 6 min 800 manat pul yazılacaq, lakin ondan cəmi 1000 manat kömək olunacaq. Mən də pulun hamısını çıxartdım. Sonra 1000 manatı özümə götürüb, qalanını isə Cəmilə verdim".

Şahid Xəyyam Məmmədovun sözlərinə görə, İmişli RİH-nə sosial vəziyyətinin aşağı olması səbəbindən müraciət edib: "Mənə maliyyə şöbəsində 7 min manat pula qol çəkdirdilər. Mən də həmin pulu bankdan çıxarıb, 200 manatı özümə götürüb, qalanını isə onlara qaytardım".

Məhkəmə davam edir.

Qeyd edək ki, 2020-ci il mayın 5-də məhkəmənin qərarı əsasında Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən V.Hacıyevin xidməti və yaşadığı ünvanlarda əməliyyat-istintaq tədbirləri həyata keçirilib. Daha sonra o, həbs edilib.

İstintaq orqanı tərəfindən V.Hacıyevin barəsində Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya isriaf etmə, 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda), 311.3.3-cü (rüşvət alma (passiv rüşvətxorluq), külli miqdarda törədildikdə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan olunub.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook