SON XƏBƏR

Şəhid ailələrinin etirazı, “Xəzər TV”-nin yalanı, Yasamal RİH-in susqunluğu: Nə baş verir? (VİDEO)

Yanvar 27
14:55 2021
Bir neçə gündür şəhid ailələri övladlarının, yaxınlarının Qaradağ rayonu ərazisində yol kənarında, suyun, palçığın içində dəfn edilməsinə etiraz edir. Onlar şəhidlərin İkinci Fəxri Xiyabanda dəfn edilməsini tələb edirlər.

Günlərdir fəryad edən ailələrin səsini isə aidiyyəti qurumlar ya eşitmir, ya da eşitmək istəmir… Azərbaycan xalqı, dövləti hər zaman şahidinə və onun ailəsinə qiymət verib, onları uca tutub. Ölkə başçısı, Ali Baş Komandan İlham Əliyev dəfələrlə çıxışlarında 44 günlük qələbəni məhz müzəffər Azərbaycan Ordusunun qəhrəmanlığı sayəsində əldə olunduğunu bildirib.

Lakin bəziləri övladı suyun, palçığın içində dəfn edildiyi üçün etiraz edən şəhid ailələrini "təxribatçı qrup” adlandırır. Məhz dünən axşam "Xəzər Xəbər”də yayımlanan sujetdə birbaşa cənab Prezident İlham Əliyevin sözlərinin əksinə gedildi və açıq şəkildə şəhid ailələri təhqir edildi. Medianın əsas prinsipi həqiqəti göstərmək olduğu halda, "Xəzər TV”-ni yarıtmaz məmurların işini ört-basdır etməyə nə vadar edir? Televiziyanın rəhbəri Murad Dadaşov hansı haqla şəhid ailələrinin təhqir edilməsinə icazə verib?

Ümid edirik ki, kanalın dövlətin, Ali Baş Komandanın iradəsinə qarşı çıxmasının mütləq sərt şəkildə cavabı olacaqdır.

Məsələnin daha detallı araşdırmaq, şəhid ailələrinin şikayətlərinin araşdırılıb-araşdırılmadığını öyrənmək üçün Yasamal Rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq. Telefona cavab verən şəxs bizə Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin Baş məsləhətçi Gülşən Hüseynova ilə əlaqə saxlamağımızı məsləhət gördü. Həmin şəxslə əlaqə saxladıq. O da bizi İcra başçısının müavini Təravət Muradovaya yönləndirdi. Zəngimizə cavab verən xanım (bəlkə də elə Təravət Muradovanın özü – red.) məsələnin şəhidlərlə bağlı olduğunu öyrəndikdən sonra "Təravət xanım burada deyil, xahiş edirik daha sonra əlaqə saxlayın” dedi.(Afn.az)
 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook