SON XƏBƏR

Səfirlik: Türkiyənin Azərbaycana viza rejimi tətbiq etməsi gözlənilmir

Yanvar 08
18:22 2016
"Hazırda Türkiyə ilə Azərbaycan arasında viza rejiminin tətbiqi gözlənilmir".
 
Qlobalinfo.az-ın məlumatın görə, bunu Türkiyənin Azərbaycandakı səfirliyindən bildiriblər. Səfirlikdən bildirilib ki, Türkiyənin Azərbaycan vətəndaşlarına viza tətbiqi edəcəyi haqda mətbuatda yayılan xəbərlər həqiqətə uyğun deyil: "Azərbaycan vətəndaşları turist kimi vizasız ölkəmizə 30 günlük səyahət edə bilərlər".
 
Qeyd edək ki, ötən gün Türkiyə KİV-i 89 ölkəyə, o cümlədən Azərbaycana 2016-сi ilin iyunundan viza tətbiq ediləcəyi haqda xəbər yayıb.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook